Concert

Eros Ramazzottinin konserti

Eros Ramazzottinin konserti

27 apreldə  dünya ulduzu italiyan müğənni və bəstəkar Eros Ramazottinin konserti baş tutdu. “Perfetto” adlı dünya turun çərçivəsində olan konsert bakılırarının və şəhərimizin qonaqlarında böyük br maraq doğurmuşdur. Milyonların sevimlisi, şou zamanı tamaşaçılara öz “Perfetto” albomudan mahnılarını və yeni kompozisiyalar təqdim edib. Hər bir kompozisiya tamaşa zalının gurultulu alqışlarla müşayiət olunmuşdur.

Eros Ramazottinin möhtəşəm şousu gözəl set dizan, unikal işıqlandıma və pirotexnika effektləri ilə müşahidə olunmuşdur; böyük ekranda bu şou üçün xüsusi qrafik dizaynerlər və videomeykerlər tərəfindən hazırlanmış video əks olunurdu.

Eros həmçinin öz musiqiçi bacarığını nümayiş etdirib: gitarada - Stella Gemella mahnısını, fortepianoda - Tra vent`anni mahnısını və sonda akustik gitarada -  Un angelo disteso al sole mahnisini solo ifa etdi.

For Esodi mahnısının ifa etdiyi zamanı ekrada böyük Avropa bayrağının fonunda Erosa gülümsəyən və əl edən bir uşağın siması əks olundu. L`Aurora mahnısının mətni isə səhnədə rəqqaslarin həkəkətlərində göstərilib.

Bütün bunların sayəsində konsert musiqi sənətini əsl tamaşaya çevrilib.

"Bir layihə üzərində işi bitirirsiniz, siz sadəcə son ştrixlər əlavə edir və deyirsiniz: "Perfetto"! ("İdeal"!). Və bu sözlər hər bir insana aydındır", - müğənni öz albomunun və konsertinin adları haqqında deyir.

Və konsert əsl ideal musiqi şousu oldu və tamaşaçılara xoş təəssüratlar təqdim etdi.