19.11.2013
“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda foto və rəsm müsabiqəsi
2013-cü il noyabrın 9-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda fotomüsabiqə, eləcə də ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin 6-13 yaşlı şagirdləri arasında rəsm müsabiqəsi keçirmişdir.
Bu ilki fotomüsabiqəyə ümumilikdə 121 foto təqdim olunmuş, onlardan 90-ı seçilmişdir. Fotomüsabiqə üzrə I, II, III yerin sahibləri müvafiq olaraq Toğrul Abbasov, Ehtiram Cəbiyev və Şahmar Rəfili olmuşlar.
Rəsm müsabiqəsinə isə 524 iş təqdim olunmuş, onlardan 202-si ikinci tura vəsiqə qazanmışdır. Sonda 12 nəfərin işi qalib elan edilmişdir. Sonra “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda foto və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.
Mərasim boyu Azərbaycan incəsənət ustalarının ifasında konsert və ədəbi-bədii kompozisiya təqdim edilmişdir.