İdman

Çempionlar Liqasının “Dördlər finalı” Bakıda keçirildi

Çempionlar Liqasının “Dördlər finalı” Bakıda keçirildi

2014-cü il martın 16-da qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının final oyunu keçirilmişdir. “Baku Crystal Hall”da təşkil olunmuş qarşılaşmada Türkiyənin “Vakıfbank” və Rusiyanın “Dinamo” (Kazan) komandaları qarşılaşıblar. Qalib “Dinamo” komandası olmuşdur.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Avropa Voleybol Konfederasiyanın (CEV) prezidenti Andre Mayer “Dördlər finalı”nın Azərbaycanda yüksək səviyyədə təşkil olunduğuna görə, Bakının “Rabitə” klubunun prezidenti Cəlil Cəfərova plaket təqdim edib. Qeyd edək ki, ondan əvvəl mart ayının 14-də məşqlər, 15 mart tarixində arenada yarımfinal oyunlarıda keçirilmişdir.