17.05.2015
Bakı İdman Zalı (BSH)
Bakı İdman Zalı Şəhər Obyektlər Qrupuna daxildir və Dənizkənarı Bulvarda yerləşir.
Obyektə aid faktlar
- Bakı İdman Zalı Bakı 2015 Avropa Oyunları üçün yenilənmiş bir obyektdir hansı ki Oyunlardan sonra Bakıya, Azərbaycana miras qalacaq.
- Bu obyektdə əvvəllər Voleybol Çempionatları keçirilib.
- Oyunlar zamanı Bakı İdman Zalı 918 tamaşaçı tutumuna malik olacaq. Burada badminton və stolüstü tennis yarışları keçiriləcək.
- 126 Stolüstü Tennis idmançısı və 160 Badminton idmançısı bu obyektdə mübarizə aparacaq.
- Bakı İdman Zalında 13-19 iyun tarixlərində stolüstü tennis, 22-28 iyun tarixlərində isə badminton yarışları baş tutacaq.
Keçiriləcək yarişmalar
- Stolüstü teniss – 13-19 iyun
- Badminton – 22-28 iyun
