İdman

I Avropa Oyunlarının bağlanış mərasimi

I Avropa Oyunlarının bağlanış mərasimi

28 iyun Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkivə digər rəsmi şəxslər iştirak etdilər. 

İyunun 12-də başlayan Bakı-2015 Avropa Oyunları həmin axşam başa çatıb. Oyunlar çərçivəsində idmanın 20 növü üzrə yarışlar keçirilib: 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündə. Yarışlarda 6 min idmançı iştirakedib.

Geriyə sayım 10-dan başladı və milli himnin səsləndirilməsi ilə bağlanış mərasiminə start verildi.

Geriyə sayım rəqəmlərində Azərbaycana məxsus müxtəlif bəzəkli xalçalar əks olundu. Qədimi yerlərdən Bakı şəhərinədək kəndbəkənd dolaşan xalça ilmələri stadion ekranlarında canlandı.

Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi bu mərasim müxtəlif yönləri ilə kreativ, ruhlandırıcı və yaddaqalan oldu.

Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi oldular.

Sonra idmançılar kütləvi şəkildə stadiona daxil oldular. Mərkəzi səhnə ətrafında addımlayaraq tribunalarda onlar üçün xüsusi ayrılmış yerlərə keçdilər.

Qeyd edəkki, bağlanış mərasiminə bədi irəhbərliyi Ceyms Hedli etdi. O, “Cirque du Soleil” sirkinin Şimali Amerikada və qastrol səfərlərində göstərdiyi möhtəşəm şouların bədii direktoru olub. 

Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak edib. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olunub. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olunub.