Lİnk bİnasI

Crystal Hall ilə Selfi

Crystal Hall ilə Selfi

Yanvar ayının 29-da Baku Crystal Hall tərəfindən keçirilən “Crystal Hall ilə Selfi” foto müsabiqəsinin finalı keçirildi.

Püşkatma yolu ilə 3 qalib müəyyən edildi:

1.     Vladimir Qolovanov

2.     Səid Manafov

3.     Tamilla Kəmaləddinova

Həmçinin 4-cü qalib  Fərəh Əliyevaya Crystal Hall tərəfindən xüsusi hədiyyə verildi.

Nəzərinizə çatdıraq ki, müsabiqə Crystal Hall-un facebook sosial şəbəkəsində olan səhifəsində 29 dekabrdan 29 yanvaradək keçirilib. Yanvarın 27-də bitən ilk mərhələdə ən çox LİKE yığan 10 finalçı təyin olundu. Final isə yanvarın 29-da Crystal Hall-un zallarından birində təntənəli surətdə keçirildi.

 

İdman və konsert proqramları təşkili şöbəsinin rəhbəri Nigar Rzayevanın sözlərinə görə, bu müsabiqəni tanışlığa addım  kimi qiymətləndirmək olar: “iş orasındadır ki, Crystal Hall böyük idman və konsert kompleksi kimi tanınır, ancaq, çox az adam bilir ki, burada möhtəşəm layihələrə imza atan, onlara dəyər verən professional yaradıcı və texniki komanda var. Hələ bizim veb səhifəmiz www.crystalhall.az ,

Facebook-dakı səhifəmiz facebook.com/BakuCrystalHallofficial və İnstagram səhifəmiz baku_crystalhall da auditoriyamızla bizi bağlayır. Müsabiqədən sonra bizim izləyicilərimizin sayı Facebook-da 22000 nəfərə, İnstagramda 310000 nəfərə, veb səhifəmizdə isə 45 000 nəfərə çatıb. Bizim üçün vacib olan amil hər yaşdan olan insanların auditoriyamızda artmasıdır. Çünki hər izləyici bizim üçün dəyərlidir. Yaxın gələcəkdə daha ciddi , sosial-mədəni və mənəvi inkişafa yönləndirilmiş layihələr planlaşdırırıq. Buna görə də bu müsabiqə bizim üçün vacib idi. Bu, bir növ körpü rolu oynayırdı. Biz istədik ki, bizi tanısınlar, bizə güvənsinlər və çalışdıq ki, bir az pozitiv və xoş əhval qataq. Gələcək planlarımızda daha sosial və yaradıcı mövzulu müsabiqələr keçirməyi də düşünürük. Biz mədəni və zəngin tarixi irsə malik xalqıq. Sevmək, unutmamaq və öz tarixini və mədəniyyətini  daha da zənginləşdirmək hər bir xalqın inkişafının təməlidir. Məhz buna görə də bu yöndə kiçik də olsa öz töhvəmizi vermək istərdik.