29.02.2016
Ümumdünya Şahmat Olimpiadası Baku Crystal Hall-da
29 fevral tarixində Azərbaycanın ev sahiblyini edəcəyi 42-ci Ümumdünya Şahmat Olimpiadası Təşkilat komitəsinin sədri və üzvləri Crystal Hall-da olublar. Baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov və AŞF-in vitse-prezidenti Faiq Həsənovun iştirak etdikləri görüşdə olimiadaya hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.
“Baku Crystal Hall”da keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında 180-dək ölkədən olan şahmatçılar yarışacaq. Olimpiada sentyabrın 1-dən 14-ə qədər davam edəcək.
![Carousel](/site/uploads/articles/carouselBig/o_1ad4eq7me1hs7me14hr1vui1hn4a.jpg)
![Carousel](/site/uploads/articles/carouselBig/o_1ad4esmo8qac2l3g82ve852010.jpg)
![Carousel](/site/uploads/articles/carouselBig/o_1ad4esmo8lgrppbt4o1hdh1fke11.jpg)
![Carousel](/site/uploads/articles/caruselThumb/o_1ad4eq7me1hs7me14hr1vui1hn4a.jpg)
![Carousel](/site/uploads/articles/caruselThumb/o_1ad4esmo8qac2l3g82ve852010.jpg)
![Carousel](/site/uploads/articles/caruselThumb/o_1ad4esmo8lgrppbt4o1hdh1fke11.jpg)