XƏBƏRLƏR

"Səs Uşaqlar" Azərbaycan

"Səs Uşaqlar" Azərbaycan

Populyar musiqi televiziya layihəsi "Səs Uşaqlar" Azərbaycanda yenidən ekranlara qayıtdı.

Milyonlarla tamaşaçı, yüzlərlə iştirakçı, üç ustadın birləşdii dünyanın ən böyük vokal səs yarışması “Səs Uşaqlar”-ın çəkilişləri Bakı Kristal Zalında gərçəkləşib .

"Səs uşaqlar" adlı musiqi müsabiqəsi İctimai Televiziyanın efirində yayımlanıb.

"Səs uşaqlar" layihəsinin ilk yayımı 7 fevral saat 21: 30 -da İTV -də başladı. Leyla Quliyevanın şou yarışmanın aparcısı idi.

Mentorların kürsülərini xalq artisti Zülfiyyə Xanbabayeva, Azərbaycanın Eurovision 2019 beynəlxalq mahnı müsabiqəsindəki nümayəndəsi Çingiz Mustafayev və məşhur müəllif və ifaçı Murad Arif götürdülər - birgə ifalarından verilişi başladı.

Beynəlxalq yarışmada iştirak edən uşaqlar üçün yaş həddi 8-14 arasında idi. Səsini, istedadını və bacarığını bütün Azərbaycana tanıdan uşaqlar arasında ki qərgin yarışmada 10 iştirakçıdan sadəcə biri qalib gəldi.

"Səs uşaqlar" vokal layihəsinin ilk mövsümünün qalibi, müəllimi Çingiz Mustafayev olan gənc ifaçı Əminə Hacıyeva oldu.