İdman

GameSummit Baku 2024

GameSummit Baku 2024

31 may iyunun 3-dək elan olunan Rəqəmsal Yaradıcı Həftəsonu (Digital Creative Weekend) çərçivəsində genişmiqyaslı oyun festivalı – “Gamesummit 2024”, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil edib.  
İyunun ayının 1-2 Bakı Kristal Zalında regionun ən böyük oyun festivalı olan GameSummit Baku 2024-ün baş tutub.
Tədbirdə ən müasir virtual reallıq və simulyasiyaya xüsusi diqqət yetirilib. Ən son oyun yenilikləri, yerli oyun tərtibatçılarının nailiyyətləri və qlobal eSports turniri də vurğulanıb. Festival Biznes Günü, ESports Günü, həmçinin kosplay və konsertlərdən ibarət olub.
Ziyarətçilər NES, SEGA və PlayStation 1 kimi əfsanəvi konsollarnan retro oyunları oynayarkən keçmişin nostaljisini yaşamaq və virtual reallığa qərq olmaq imkanı əldə ediblər. GameSummit Baku 2024-də, həmçinin iştirakçıların iştirak edə biləcəyi kosplay yarışması keçirilib, iştrakçılar, oyun, anime və digər mediaya aid geyimlərini nümayiş edə biliblər.